İQTİSADİYYAT14.10.2024 13:00

Mərkəzi Bankın avtomobilləri hərraca çıxarılacaq

5826

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Azərbaycan Mərkəzi Bankının balansındakı 15 nəqliyyat vasitəsini açıq hərraca çıxaracaq.

Yeni Media Dövlət Xidmətinə istinadən xəbər verir ki, hərrac noyabrın 26-da, saat 10:00-da Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) keçiriləcək.

Hərraca "Mercede Benz S500", "Mercedes Benz C180", "Audi A8", "Honda Accord", "Toyota Avalon", "Hyundai Grandeur", "Hyundai Equus" və "Mitsubishi Galant" markalı minik avtomobilləri çıxarılacaq.

Hərraclarda iştirak etmək istəyən şəxslər lazımi sənədləri noyabrın 23-nə qədər Əmlak Xidmətləri Məkanına təqdim etməlidirlər.

YUXARI