CƏMİYYƏT23.12.2024 16:22

Paytaxt nəqliyyatından şikayət var

4292

Sərnişinlər Zabrat 1 qəsəbəsinə işləyən 118 a, b marşrut avtobuslarının fəaliyyətindən narazıdırlar.
“Zabrat 1 qəsəbəsinə işləyən 118 a, b avtobuslarının texniki və sanitar vəziyyəti dözülməzdir. Eyni zamanda bu marşrutlarda hələ də sürücü gediş haqqını şəxsən toplayır. Bu halda isə onun diqqəti yoldan yayınır”.
Bunu saytımıza açıqlamasında 192 saylı tam orta məktəbin müəllimi Kamal Hacıyev deyib.
Onun sözlərinə görə, bütün nəqliyyat sistemində tətbiq edilən kartlar və ya “Birbank”la ödəniş sistemi hələ də bu marşrutlarda yoxdur.
“Bəzən avtobuslar bir dayanacaqda 10-15 dəqiqə saxlayaraq müstəri gözləyir. Məktəbə, işə tələsən müəllim və şagirdlər vaxtında mənzil başına çata bilmirlər. Bəzi sürücülər salonda siqaret çəkir, çay-qəhvə içə -içə sükanı idarə edirlər. Həqiqətən çox dözülməz vəziyyət yaranıb. Xahişimiz və tələbimiz odur ki, bu istiqamət üzrə nəzarət olunsun və xəttə kartla işləyən yeni “Bakubus” avtobusları buraxılsın. Fikrimcə, kart sisteminin tədbiqi bu nüansların aradan qaldırılmasında kömək ola bilər”-deyə, o, bildirib.

YUXARI