MÜBARİZ GÖYÜŞLÜ16.3.2024 00:22

Mübariz Göyüşlünün tərcümeyi-halı

501589

Qısa formada

  • 1981-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. 1987-1997-ci illərdə Bakı şəhərindəki Rüfət Məmmədov adına 269 saylı məktəbdə orta təhsil alıb. 1999-2000-ci illərdə Beyləqan rayonundakı “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib.
  • 1998-2003-cü illərdə BDU-nun Jurnalistika fakültəsində bakalavr, 2005-2008-ci illərdə magistr pilləsi üzrə ali təhsili alıb.
  • 1998-2001-ci illərdə “Olaylar” və “525-ci qəzet”də, 2001-2008-ci illərdə “Şərq” qəzetində müxbir vəzifəsində çalışıb.
  • 2008-ci ildə “Türk Eli” jurnalını təsis etmiş, hazırda bu jurnalın təsisçisi və baş redaktorudur.
  • 2014-cü ildən yenimedia.org saytının baş redaktoru, 2021-ci ildə qeydiyyatdan keçmiş Yeni Media Qrupun təsisçisi və rəhbəridir. (2014-2021-ci illərdə sayt dialoq.info adlanıb və dörd dildə fəaliyyət göstərir).
  • 2005-ci ildən “Müasir İnkişaf” İctimai Birliyinin təsisçisi və İdarə Heyətinin sədridir. Təşkilat 2006-cı ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.
  • 2008-2010-cu illərdə AMEA İnsan Hüquqları İnstitutunda elmi işçi vəzifəsində çalışıb.
  • 2016-2019-cu illərdə AMEA Mərkəzi Elmi Kitabxananın Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, 2020-ci ildən Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışır.
  • 2021-ci ildən siyasi şərhçi kimi mediada çıxışlar edir.
  • 2022-ci ildən BDU-nun Jurnalistika fakültəsinin müəllimidir.
  • Səkkiz kitabın, üç konsepsiyanın tərtibçisi, həmmüəllifi, redaktorudur.
  • Jurnalist fəaliyyəti, ictimai fəaliyyət, ictimaiyyətlə əlaqələr, araşdırma fəaliyyəti ilə əlaqədar dəfələrlə mükafatlandırılıb
  • İngilis, rus, türk dillərini bilir.
  • Ailəlidir, bir övladı var.

Geniş formada

1981-ci il yanvarın 23-də Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. Bakı şəhəri, Xətai rayonundakı 269 saylı orta məktəbdə 1987-1997-ci illərdə orta təhsil; Bakı Dövlət Univerisitetinin Jurnalistika fakültəsində 1998-2003-cü illərdə bakalavr (qiyabi), 2005-2008-ci illərdə mətbuat tarixi və ideoloji iş metodları istiqaməti üzrə magistraturada (qiyabi) ali təhsil alıb. 2014-2015-ci illərdə Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən tələbələrin akademik məsləhətçisi kursunu müvəffəqiyyətlə bitirib. 2016-cı ildən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasında siyasi elmlər üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün (“Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin informasiya təminatı (iki ölkənin 2005-2020-ci illər media materialları əsasında”) elmi iş üzərində çalışır. İxtisasca jurnalistdir.

1999-2000-ci illərdə Beyləqan rayonundakı “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib.

1998-2001-ci illərdə “Olaylar” və “525-ci qəzet”də, 2001-2008-ci illərdə “Şərq” qəzetində müxbir, parlament müxbiri vəzifəsində çalışıb. 2006-cı ildən 2008-ci ilə qədər “Dialoq – XXI əsr”, 2008-ci ildən “Türk Eli” adıyla çap olunan jurnal təsis etmiş və hazırda bu jurnalın baş redaktorudur. 1 fevral 2014-cü ildən fəaliyyət göstərən və dörd dildə yayımlanan yenimedia.org saytının (1 fevral 2014 - 8 dekabr 2021-ci illərdə sayt dialoq.info olaraq fəaliyyət göstərib) təsisçisi və baş redaktorudur. 2017-ci ilin 22 iyulundan rusdilli oxucular üçün, 2018-ci ilin 1 fevralından ingilisdilli oxucular üçün, 2019-cu ilin 1 sentyabrından türkdilli oxucular üçün bölmələri fəaliyyət göstərir. Redaktor və jurnalist kimi fəaliyyət göstərdiyi 1998-2011-ci illərdə Mübariz Aşırlı, 2011-ci ildən isə Mübariz Göyüşlü imzası ilə publisistik və elmi məqalələri çap olunmaqdadır. 1 fevral 2018-ci ildən Yeni Media TV-nin (2020-ci ilə qədər kanal Dialoq TV adlanıb) həmtəsisçisidir.

2008-2010-cu illərdə AMEA İnsan Hüquqları İnstitutunda (Vətəndaşlarla əlaqələr şöbəsi; Milli təhlükəsizlik problemlərinin monitorinqi şöbəsi) elmi işçi vəzifəsində çalışıb. 2015-2016-cı illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində tələbələrin akademik məsləhətçisi vəzifəsində çalışıb. 2022-ci ildən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimidir. 2016-2019-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Beynəlxalq və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri (Şöbənin tərkibində Beynəlxalq əlaqələr bölməsi və İctimaiyyətlə əlaqələr bölməsi fəaliyyət göstərib); 2020-ci ildən isə Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışır. 2004-cü il 17 dekabrda keçirilmiş bələdiyyə seçkilərində namizədliyi Bakı şəhərindəki Xətai rayon Bələdiyyəsinə “Güclü Bələdiyyə Uğrunda” Seçicilərin Təşəbbüs Qrupu tərəfindən irəli sürülüb və bələdiyyə üzvlüyünə namizəd kimi seçkilərdə iştirak edib. 2005, 2010 və 2013-cü illərdə keçirilən seçkilərdə Bakı şəhərinin Xətai, Binəqədi rayonlarında seçkiləri müşahidə və monitorinq edən qrupa başçılıq edib.

2001-2005-ci illərdə müxtəlif gənclər təşkilatlarında çalışmaqla ictimai fəaliyyətə başlayıb. 2005-ci ildə yaradılmış “Müasir İnkişaf” İctimai Birliyinin təsisçisi və sədridir. (“Müasir İnkişaf” İctimai Birliyi 2011-ci ildən etibarən beynəlxalq təşkilat kimi çalışmalarını genişləndirərək Gürcüstan, Rusiya, Türkiyədə təmsilçiliklərini yaratmışdır).

“Müasir İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən layihələr çərçivəsində 2009-cu ildə “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi” Konsepsiyasını, 2011-ci ildə “Milli tarix dərslikləri, milli şüur və milli maraqlar” Konsepsiyasını, 2013-cü ildə “Milli dövlətçilik ideologiyası” Konsepsiyasını hazırlayıb. 2016-cı ildə “Müasir İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Genetik Modifikasiya Olunmuş (GDO) məhsullarla bağlı əhalinin məlumatlandırılması tədbirlərinin təşkili” layihəsini icra etmiş, layihənin sonunda “GMO terroru” kitabını; 2017-ci ildə “Ermənilərin müsəlmanlara, xristianlara, yəhudilərə qarşı törətdikləri soyqırımı faktlarının yerli və beynəlxalq ictimaiyyətə çatdırılması” layihəsini icra etmiş, layihənin sonunda “Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı soyqırımı” kitabını; 2018-ci ildə ““Erkən evlilik” probleminin sosioloji tədqiqi və onun həlli istiqamətində maarifləndirmə tədbirlərinin keçirilməsi” layihəsini icra etmiş, layihənin sonunda “Erkən evlilik probleminin araşdırılması və ondan çıxış yolları”, 2019-cu ildə "Dini radikalizm və ekstremizmə qarşı mübarizə: İslam həmrəyliyi" layihəsini icra etmiş, layihənin sonunda "İslam dünyasında dini radikalizmin yaranma səbəbləri və tarixi kökləri" kitabını çap etmişdir.

2013-cü ildə “Müasir İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun iştirakı ilə “Milli-Mənəvi Dəyərlər və Milli Kimlik” layihəsini həyata keçirmiş, layihə nəticəsində “Azərbaycan Milli Kimliyi” kitabını hazırlamışdır. 2020-ci ildən Azərbaycan Vətəndaş Hərəkatının həmtəsisçisi, İdarə Heyətinin üzvü və icraçı direktorudur. 2013-2016-cı illərdə sıralarında 600-dən çox QHT-ni birləşdirən Azərbaycan Milli QHT Forumunun Regionlarla İş Mərkəzinin rəhbəri olub. 2007-2019-cu illərdə Qurban bayramı münasibətilə 16000-dən çox imkansız ailəyə xeyriyyə yardımlarının paylanmasında aktiv iştirak edib. 2008-ci ildə “Türk Qafqaz İslam Ordusu və ermənilər”, “Missioner” kitablarının; 2013-cü ildə isə “Milli-Mənəvi Dəyərlərimiz” kitabının (yeniyetmə və gənclər üçün nəzərdə tutulub) hazırlanmasında və çap olunmasında iştirak edib.

2021-2022-ci illərdə Dini Qurumlar İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə "Mənəvi dəyərlərimizi yaşadaq və təbliğ edək" layihəsini icra etmiş, layihənin sonunda "Azərbaycanda mənəvi dəyərlər (tarixi, dini, ədəbi aspektdə)" kitabını çap etmişdir.

2021-ci ildə Türkiyənin Karabük Universitetinin professoru Ələsgər Ələsgərlinin rəhbərliyi altında "Mehmet Emin Resulzade “İnsanlara hürriyet Kafkasiyanın özgürlüğü yolunda” adlı həmmüəllifliklə olan kitabı çapdan çıxıb.

2022-ci ildə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Oxuyaq, öyrənək, öyrədək" layihəsini həyata keçirmiş, yekunda "Oxu mədəniyyəti keçmişdən bu günə" kitabını çap etmişdir. 

2010-cu ildə dörd türk dövlətinin (Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan) başçısı tərəfindən İstanbulda təsdiqlənərək həyata keçən Dünya Türklərinin Həmrəylik Gününün (Türk Dövlətləri Günü) əsas təbliğatçılarındandır. 2010-2013-cü illərdə Ortaq Türk Dili, Ortaq Türk Əlifbası, Ortaq Türk Tarix Kitabı, Ortaq Türk Ədəbiyyat Kitabı ideyasının həyata keçməsi üçün Azərbaycanda və Türkiyədə yüzdən çox millət vəkilindən, siyasi partiya, QHT, KİV rəhbərindən imza toplayıb. 9 aprel 2013-cü ildə Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın 6.3.3-cü maddəsində bununla bağlı da bənd əksini tapıb, nəticədə ideya ali siyasi platformada təsdiqlənib.

2005-ci ilin oktyabr ayında Gürcüstanda (Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə orada yaşayan soydaşlarımızla bağlı problemlərin araşdırılması və ictimailəşdiriməsi üçün), 
2010-cu ilin iyul-avqust aylarında Gürcüstanda (soydaşlarımızın yaratdıqları təşkilatlarla əlaqələr qurmaq üçün),
2019-cu ildə Gürcüstanda (“Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında ictimai təşkilatların rolu” mövzusunda beynəlxalq konfransın təşkilatçısı olaraq);
2009-cu ilin noyabrayında Türkiyənin İstanbul və Ankara şəhərlərində (yerli təşkilatlarla əməkdaşlıq və tanışlı qməqsədilə),
2010-cu ilin noyabrında Türkiyənin İstanbul və Ankara şəhərlərində (Ortaq Türk Əlifbası ilə bağlı kampaniyaya dəstək məqsədilə),
2011-ci ilin aprel ayında Türkiyədə (İzmirdə keçirilən Türkiyədə yaşayan Azərbaycan Türklərinin I Qurultayının nümayəndəsi kimi iştirak üçün),
2011-ci ilin may ayında Türkiyənin Ankara şəhərində (Otaq Türk Əlifbası və Ortaq Türk Ədəbi Dili kampaniyasına dəstək məqsədilə),
2011-ci ilin 3-4 oktyabrında Türkiyənin Ankara şəhərində (“Türk Dünyası Günü” tədbirində iştirak, çıxış və Türk Dünyasına Xidmət mükafatı ilə mükafatlandırılma mərasimi üçün),
2014-cü ilin 15-18 martında Türkiyənin İstanbul, Eskişəhər, Bursa şəhərlərində (“Eskişəhər-2013” Türk Dünyasının Mədəniyyət Paytaxtı çərçivəsində keçirilən tədbirlərə qatılmaq üçün),
2014-cü ilin 11-14 mayında Türkiyənin Eskişəhər, Kocaeli şəhərlərində (Türk Dünyası QHT-lərinin Zirvə toplantısında iştirak, “Siyasi, mədəni, ictimai münasibətlərdə QHT-lərin rolu” mövzusunda çıxış, Mükafatlandırma mərasiminə qatılma, Türkiyə televiziya və saytlarına müsahibə vermək üçün),
2015-ci ilin avqustunda Türkiyənin İstanbul və Ankara şəhərlərində (BDU-nun Jurnalistika fakültəsinin nümayəndə heyətinin tərkibində),
2016-cı ilin 3-5 martında Türkiyənin Ankara şəhərində (Beynəlxalq “İpək Yolu və Türk Dünyası” konfransında iştirak üçün),
2021-ci ilin 10-15 dekabr tarixlərində Türkiyənin Ankara şəhərində (əməkdaşlıq imkanlarını genişləndirmək və Azərbaycan-Türkiyə strateji müttəfiqliyi mövzusunda keçirilən beynəlxalq konfransda çıxış etmək üçün);
2007-ci ilin may ayında Rusiyada (Nijni-Novıqorod şəhərindəki Azərbaycan diasporasına dəstək məqsədilə),
2013-cü ilin 27 iyun-1 iyulunda Rusiyanın Moskva şəhərində (“Cənubi Qafqazda konfliktlər və onların həlli yolları” mövzusunda beynəlxalq konfransda iştirak və çıxış etmək üçün),
2015-ci ilin 23-30 yanvarında Rusiyanın Moskva, Rostov-Velikiy, Yaroslavl, Kastroma, Suzdal, Vladimr, Sankt-Peterburq şəhərlərində (“Rusiya Azərbaycan şagirdlərinin və tələbələrinin gözüylə” müsabiqəsinin qaliblərinin səfərini təşkil etmək üçün);
2017-ci ilin noyabr ayında Belarusun Minsk şəhərində (Belarus Milli Kitabxanası ilə əməkdaşlığın genişləndirilməsi üçün);
2022-ci il 18-21 oktyabr tarixlərində Özbəkistanın Daşkənd şəhərində (innovasiya həftəsi çərçivəsində keçirilən beynəlxalq konfransda, sərgidə iştirak və Özbəkistan kitabxanaları ilə əməkdaşlıq qurmaq üçün) səfərlərdə olub.

Jurnalist fəaliyyəti ilə bağlı - 2004-cü ildə Bakı şəhərində YAP Gənclər Birliyi və Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Fəxri Diplomla; 2005-ci ildə Gənclər Təşkilatları Milli Şurası tərəfindən Diplomla; “Əkinçi” Cəmiyyəti tərəfindən Həsən bəy Zərdabi adına Fəxri Diplom və Medalla; “Bakcell” şirkəti tərəfindən Fəxri Diplomla;

İctimai fəaliyyəti ilə bağlı - 2011-ci ildə Ankara şəhərində Türk Ocaqları tərəfindən Türk Dünyasına Xidmət mükafatı ilə; 2014-cü ildə Türkiyənin Eskişəhər Valiliyi tərəfindən plaket və sertifikatla;

İctimaiyyətlə əlaqələr sahəsindəki fəaliyyəti ilə bağlı - 2018-ci ildə IFAC - Ümumdünya Avtomatik İdarəetmə Sistemləri təşkilatı tərəfindən Sertifikatla; 2018-ci ildə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu tərəfindən Mükafatla; 2018-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən Təşəkkürnamə, AMEA Mərkəzi Elmi Kitabxanası tərəfindən Təşəkkürnaməylə;

Araşdırmaçı kimi fəaliyyəti ilə bağlı - 2022-ci ildə Özbəkistanın İnnovativ İnkişaf naziri tərəfindən sertifikatla mükafatlandırılıb. 

Barəsində məlumatlar beynəlxalq internet ensiklopediyasında – Vikipediada yerləşdirilmişdir.

İngilis, rus, türk dillərini bilir.

Ailəlidir, bir qızı var.

Əlaqə;
Telefon (vatsap):  (+994 70) 736-11-44
E-mail: [email protected], [email protected]
Facebook: http://www.facebook.com/mubariz.goyuslu Wikipedia: http://az.wikipedia.org/wiki/M%C3%BCbariz_G%C3%B6y%C3%BC%C5%9Fl%C3%BC

YUXARI