CƏMİYYƏT27.12.2024 10:17

Dünya azərbaycanlılarını birləşdirən qalib dövlət

2910

Fəxrlə deyə bilərik ki, dünya azərbaycanlıları müstəqil dövlətçilik və milli-mənəvi dəyərlər ətrafında birləşib

Azərbaycan son 30 ildə həyata keçirdiyi islahatlar və beynəlxalq əməkdaşlıq sayəsində güclənmiş, dünya səhnəsində öz yerini tutmuşdur. Bu inkişaf, yalnız dövlətin deyil, həm də Azərbaycan xalqının imicinin yüksəlməsinə səbəb olmuşdur. Azərbaycanın gələcək perspektivləri, qlobal problemlərə yanaşması və beynəlxalq layihələrdəki rolu, ölkənin müstəqil və güclü bir dövlət olaraq tanınmasına yol açır.

Sovet imperiyası süqut etdikdən sonra Araz çayının hər iki sahilində yaşayan azərbaycanlılar sərhədə doğru yürüş etdilər. Uzun zaman bir-birinə həsrət qalan Azərbaycan xalqının Arazın hər iki sahilində sərhəd yürüşü – Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərini yıxması, həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı əslində azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırmağa və Azərbaycanı bütövləşdirməyə cəhd idi. Həmrəylik günü bu birləşmək istəyinin simvoludur. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. 3 oktyabr 1993-cü il tarixində keçirilmiş prezident seçkiləri isə müstəqil Azərbaycan dövləti üçün qurtuluşa aparan yolun ilk pilləsi olub. Ümummilli lider Heydər Əliyev 3 oktyabr 1993-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra xalqı yenidən vahid azərbaycançılıq məfkurəsi ətrafında birləşdirdi. Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirdi. Beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi arxada qaldı. Ölkəmiz dünyada özünə layiqli yer qazandı. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci və ən vacib məsələ onu qoruyub inkişaf etdirmək idi və bu, Ümummilli liderin iradəsi sayəsində reallığa çevrildi. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Ulu öndər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə yerli və xarici jurnalistlər üçün brifinq keçirdi. Ardınca isə bir sıra ölkələrin diplomatları ilə görüşdü. Bu sahədə yürüdülən siyasət respublikanı informasiya blokadasından çıxardı və dünyada ölkəmizlə bağlı formalaşan fikir müsbət yönümdə dəyişdi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu. Xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu. Əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı. Xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi. Ulu öndərin Azərbaycan xalqına olan böyük sevgisi idi ki, o, xalqın israrlı tələbi ilə hakimiyyətə qayıtdı. Böyük şəxsiyyət öz həyatını xalqa həsr etdi və daim deyirdi, "Mən bütün həyatımı xalqa xidmət etməyə həsr etmişəm, bundan sonra da bu yolla gedəcəyəm, başqa yolum yoxdur. Vətənə, xalqıma, millətimə məhəbbət, müstəqil Azərbaycan dövlətinə, Azərbaycan Respublikasına hədsiz məhəbbət mənim həyatımın mənasıdır, məzmunudur”. Böyük Öndərin başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən milli ideologiyanın əsası qoyuldu.

Azərbaycan Respublikasının xarici siyasətinin prioritet istiqamətlərindən biri də diaspor fəaliyyətidir. Prezidenti İlham Əliyevin xarici ölkələrə səfəri zamanı diaspor nümayəndələri ilə görüşür. Ulu Öndərin başladığı ənənəni davam etdirən Prezident İlham Əliyev bütün xarici səfərləri zamanı diaspor nümayəndələri ilə görüşür, onları narahat edən problemlərlə maraqlanır, dəyərli tövsiyələrini verir, diasporumuzun nümayəndələri ilə fikir mübadiləsi aparır. Dövlət başçısı dünyada gedən mürəkkəb proseslərin və ziddiyyətlərin fonunda respublikanın dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi üçün diaspora ilə əlaqələrin böyük əhəmiyyət daşıdığını dəfələrlə vurğulamışdır. Prezident İlham Əliyevin Fransa, Rusiya, Slovakiya, Qazaxıstan, Özbəkistan, Türkiyə, Polşa, Belçika, Ukrayna, Gürcüstan, Moldova, Almaniya, ABŞ, Rumıniya, İngiltərə və digər ölkələrə səfərləri zamanı bu məsələ prioritet mövzulardan biri olmuşdur. Diaspor rəhbələri bütün soydaşlarımızla daima sıx əlaqədədir. Onlar bir- birlərininxeyirində, şərində böyüklü- kiçikli hamılıqla çox yaxından iştirak edirlər. Çox müsbət haldır soydaşlarımız bütün adət- ənənələrimizi qoruyurlar. Azərbaycançılq ideyasını bu yolla təbliğ etməklə gələcək nəsillərəimizə göstərirlər. Çünki yeni anlamalıdırlar ki, Azərbaycan xalqı necə qeyrətli, mehriban, qəhrəman, qalib xalqdır. Bu gün Azərbaycan  dünya azərbaycanlılarını birləşdirən qalib dövlətdir. Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir.

Prezident İlham Əliyev ölkədəki sosial-iqtisadi inkişaf strategiyasının mahiyyətinə uyğun olaraq hər sahədə dövrlə səsləşən genişmiqyaslı tədbirlərin həyata keçirilməsini vacib sayır. Xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsini xarici siyasətin prioritet istiqamətlərindən biridir. Bu baxımdan dövlət tərəfindən aparılan siyasətin mahiyyəti dünya azərbaycanlılarının potensial imkanlarını səfərbər edərək müstəqil dövlətimiz naminə milli birliyə və həmrəyliyə nail olmaqdır.

image-pasazade-kamal

Paşazadə Kamal Çingiz oğlu

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

YUXARI