DÜNYA14.10.2024 17:00

Arakçı İraqdan sonra Omana getdi

3860

İran xarici işlər naziri Abbas Arakçı bu gün səhər saatlarında Omana səfər edib.

Axar.az bildirir ki, bu barədə “Nur Nyus” məlumat yayıb.

Məlumata görə, Abbas Arakçı omanlı həmkarı Seyid Bədr Əlbusəidi ilə görüşüb.

Görüş zamanı tərəflər mühüm regional və ikitərəfli məsələləri müzakirə ediblər.

Qeyd edək ki, İran xarici işlər naziri dünən İraqa səfər etmişdi.

YUXARI