CƏMİYYƏT7.12.2024 20:00

Ziyafət Əsgərov Türkiyə və Azərbaycana qarşı hibrid təhlükələrin təsirindən danışdı

8272

"Parlament diplomatiyasının əsas məqsədləri arasında hibrid təhlükəsizlik məsələsinin həlli və bunun üçün etibarlı platformanın hazırlanmasıdır".

Crossmedia.az xəbər verir ki, Milli Məclisin sədr müavini Ziyafət Əsgərov “İctimai diplomatiyada parlamentlərin rolu: Azərbaycan və Türkiyə nümunəsi” mövzusunda beynəlxalq dəyirmi masada çıxışını bu fikirlə başlayıb.

Z. Əsgərovun sözlərinə əsasən, bu problem geniş diqqət yetiriləcək səviyyədə və miqyasdadır:

"Günümüzdə Türkiyə və Azərbaycana qarşı hibrid təhlükələr çox vacib xarakter daşımaqdadır. Bu kimi hallara effektiv cavab verilməsi məqsədilə Milli Məclisdə xüsusi komissiya yaratdıq. Bu gün dünyada Türkiyə və Azərbaycan arasında mövcud olan dostluğu qısqananlar var. Buna görə də hesab edirəm ki, parlament diplomatiyası yalnız Azərbaycanın yox, həm də Türkiyənin maraqlarına cavab verən qanunlar qəbul etməlidir".

YUXARI