Polis tərəfindən digər dövlət qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarına qarşı tədbirlər davam etdirilir. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, keçirilən növbəti tədbirlər zamanı Sumqayıt şəhəri ərazisində yerləşən bazarların birində və Xətai rayonu N.Tusi küçəsində məişət tullantılarının qalaqlanması, Abşeron rayonunun Fatmayı kəndində yerləşən daş kəsimi sexində isə çirkab suların axıdılması halları aşkar olunub.
Sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə, həmçinin istehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulmasına görə 3 vəzifəli şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.