DÜNYA6.7.2024 06:00

Türkiyə XİN-dən Merihin cəzalanmasına reaksiya

6962

UEFA-nın millimizin futbolçusu Merih Dəmiralı iki oyunluq cəzalandırdığına görə təəssüf edirik.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi X hesabında paylaşım edib.

"Ölkə daxilində və xaricdə olan bütün vətəndaşlarımızda dərin məyusluq hissi yaradan bu qərar bəzi Avropa ölkələrində əcnəbilərə qarşı qərəzli münasibətin artdığı barədə fikri gücləndirdi", - Türkiyə XİN qeyd edib.

YUXARI