CƏMİYYƏT28.9.2024 03:00

Ceyhun Bayramov Niderland Krallığının Xarici İşlər Naziri Kaspar Veldkamp ilə görüşüb

30250

BMT-nin 79-cu iclası çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov Niderland Krallığının Xarici İşlər Naziri Kaspar Veldkamp ilə görüşüb. Bu barədə nazirliyin "X" sosial şəbəkəsində etdiyi paylaşımda bildirilib.

Münaqişədən sonra yaranan regional reallıqlar və Azərbaycanın yenidənqurma və sülh istiqamətindəki səyləri qarşısında olan çağırışlar, o cümlədən mina təhlükəsi, Ermənistanın Konstitusiyasında və digər hüquqi sənədlərindəki davamlı ərazi iddiaları və Ermənistanın sürətli hərbiləşməsi, ictimaiyyətin diqqətinə çatdırılıb.

YUXARI