Moskva Rusiyanın Poznandakı Baş Konsulluğunun bağlanmasına cavab olaraq 2025-ci il yanvarın 10-dan Polşanın Sankt-Peterburqdakı Baş Konsulluğunun fəaliyyətinə verdiyi razılığı geri götürür.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, bununla bağlı ölkənin Xarici İşlər Nazirliyi dekabrın 5-də Polşa tərəfinə nota verib.
Moskva Polşanın Sankt-Peterburqdakı Baş Konsulluğunun üç diplomatik əməkdaşına da persona non-qrata elan edib və onlar gələn il yanvarın 10-dək Rusiya ərazisini tərk etməlidirlər.