GÜNDƏM6.12.2024 19:41

Qərbi Azərbaycana həsr olunan ikinci beynəlxalq konfransın mədəni hissəsi baş tutub

3660

Qərbi Azərbaycan İcmasının (QAİ) “Qayıdış hüququ - Ermənistandan zorla çıxarılan Azərbaycanlılar üçün ədalətin təşviqi” mövzusunda ikinci beynəlxalq konfransın mədəni hissəsi baş tutub.

Mədəni hissə Zirədəki Mədəniyyət Mərkəzində təşkil olunub.

Tədbirin iştirakçıları Qərbi azərbaycanlıların Ermənistanda dağıdılan mədəni irsi ilə bağlı filmə baxıblar.

Filmdə Qərbi Azərbaycan tarixi, irsi mədəniyyəti, həmçinin zəngin abidələri, musiqisi barədə ətraflı məlumat verilib.

Mədəni hissə konsert proqramı ilə davam etdirilib.

Qeyd edək ki, dekabrın 5-6-ında baş tutan “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransda 51 ölkədən 100-dən çox xarici qonaq qatılıb.

Məlumat üçün bildirək ki, dekabrın 5-i Qərbi azərbaycanlıların 1987-1991-ci illərdə baş verən deportasiyasının anım günüdür. Sözügedən günlə bağlı 2023-cü ildə də analoji beynəlxalq konfrans keçirilib. “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: qlobal kontekst və ədalətli həll” mövzusuna həsr olunan beynəlxalq konfransda 44 ölkədən 100-dən çox nümayəndə iştirak edib.(Report)

 

YUXARI