"Dostluq" Etnomədəni Birliyinin sədri Şəmsəddin Hüseynov Qazaxıstanın “Jomart Jan” mükafatı ilə təltif olunub.
Mangistau vilayətində fəaliyyət göstərən Dostluq Evində mükafatın təqdimetmə mərasimi keçirilib. Mərasimdə Mangistau vilayəti akimi Nurdaulet Kilıbay adıçəkilən mükafatı Şəmsəddin Hüseynova təqdim edib.
Uzun illərdir Qazaxıstanda yaşayan Şəmsəddin Hüseynov iki qardaş ölkənin xalqları arasında dostluq münasibətlərinin davam etdirilməsində davamlı tədbirlər həyata keçirir. Dəfələrlə müxtəlif dövlət mükafatlarına, o cümlədən ötən il diaspor sahəsində xidmətlərinə görə Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə” medalına layiq görülüb.