DÜNYA15.10.2024 16:00

NATO Putinə meydan oxudu: Səndən qorxmuruq...

2842

Rusiyanın zorakılıq taktikasının NATO-ya heç bir təsiri olmayacaq. Blok Kiyevə güclü dəstəyini davam etdirəcək.

Axar.az xəbər verir ki, bunu NATO baş katibi Mark Rutte deyib.

“Vladimir Putinə mesaj ondan ibarətdir ki, biz davam edəcəyik, öz istəyinə çatmaması, Ukraynanın qalib gəlməsi üçün nə lazımdırsa edəcəyik. Biz NATO-yuq. Biz müdafiə ittifaqıyıq, hücum etmirik. Biz NATO ərazisindən kənarda hər hansı başqa ölkənin ərazisini ələ keçirməkdə maraqlı deyilik. Dünya tarixinin ən güclü ittifaqı olan, 1 milyard insana xidmət edən demokratik bir ittifaq olaraq biz istənilən təhlükə ilə üzləşməyə hazırıq. Biz heç vaxt rəqiblərimizdən qorxmayacağıq”, - Rutte bildirib.

YUXARI