CƏMİYYƏT16.10.2024 10:29

Bakıda “Su və gender bərabərliyi” mövzusunda konfrans keçirilir

2439

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş “Su və gender bərabərliyi” mövzusunda konfrans keçirilir.

Trend xəbər verir ki, dövlət qurumları və beynəlxalq təşkilatların nümayəndələrinin, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, eləcə də, tələbələrin iştirak edəcəyi konfrans çərçivəsində panel sessiya təşkil olunub.

Panel sessiyada iqlim dəyişikliyinin qadınların həyatına təsiri, onların su ehtiyatlarının mühafizəsi və idarə edilməsində iştirakı, bu sahə ilə bağlı ixtisas seçiminə həvəsləndirilməsi, həmçinin, kadr təyinatında gender balansının qorunması mövzularında müzakirələr ediləcək.

YUXARI