GÜNDƏM7.5.2024 02:00

Muxtar Babayev və Rusiya baş nazirinin müavini COP29-a hazırlığı müzakirə ediblər

4115

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Rusiya Baş nazirinin müavini Aleksey Overçukla Moskvada BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Bakıda keçiriləcək 29-cu Tərəflər Konfransına hazırlığı müzakirə edib. Bu barədə Rusiya hökumətinin saytı məlumat yayıb.

"Danışıqlarda iki ölkənin ekoloji əməkdaşlığının aktual məsələləri və Rusiya nümayəndə heyətinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 2024-cü ilin noyabrında Azərbaycan Respublikasında keçirilməsi planlaşdırılan 29-cu sessiyasında iştirakına hazırlıq nəzərdən keçirilib", - məlumatda deyilir.

YUXARI