MƏDƏNİYYƏT12.5.2024 06:00

“Avroviziya-2024” mahnı müsabiqəsinin qalibi müəyyənləşib

23871

İsveçin Malmö şəhərində 68-ci “Avroviziya-2024" beynəlxalq mahnı müsabiqəsinin finalı keçirilib.

Trend xəbər verir ki, televiziya tamaşaçılarının və "Avroviziyada" iştirak edən ölkələrin milli münsiflər heyətinin səsverməsi nəticəsində 591 xal toplayaraq isveçrəli müğənni Nemo Mettler (Nemo) Lorin qalib olub.

İkinci və üçüncü yerləri müvafiq olaraq Xorvatiya (547) və Ukrayna (453) tutub.

Qeyd edək ki, İsveçin Malmö şəhərində “Avroviziya-2024” beynəlxalq mahnı müsabiqəsi keçirilib. İkinci yarımfinal mayın 9-da baş tutub.

YUXARI