ADA Universitetində “İctimai diplomatiyada parlamentlərin Azərbaycan və Türkiyə nümunəsi” mövzusunda dəyirmi masa keçirilir. Dəyirmi masada Türkiyə və Azərbaycan parlament nümayəndələri ictimai diplomatiyada parlamenti rolu barədə müzakirələr aparacaq.
Dəyirmə masa çərçivəsində “Parlamentlərin ictimai diplomatiyada rolu” və “Parlamentlərin fəaliyyətində rəqəmsal texnologiyalar və kütləvi informasiya vasitələrinin rolu” adlı panel müzakirələr baş tutacaq.
Qeyd edək ki, bu gün Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda beynəlxalq parlament konfransı keçirilib.
Tədbirdə 13 ölkənin parlamentindən və beynəlxalq təşkilatlardan 100-ə yaxın nümayəndə iştirak edib.
Konfransda dünyada gedən proseslərdə parlamentlərin rolu, parlamentarizm ənənələrinin inkişafı, parlament diplomatiyasının imkanları, parlament müstəvisində aparılan müzakirələrin dünyadakı müasir çağırışlara verə biləcəyi töhfələr barədə fikir mübadiləsi aparıb.(Trend)