DÜNYA17.10.2024 17:30

Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti: Müxalifət qırmızı xətləri keçməməlidir

2518

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Qriqol Liluaşvili müxalifəti seçki dövründə qanunlara riayət etməyə çağırıb.

"Report"un yerli bürosu xəbər verir ki, o bununla bağlı bəyanat yayıb.

“Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin bəyanatı ölkənin dinc birgəyaşayışına dissonans gətirməyə çalışan şəxslərə xəbərdar edilməsi üçün verilib. Onlar qanunu pozmamalı və qırmızı xətti keçməməlidirlər, əks halda müvafiq tədbirlər görüləcək”, - deyə Q. Liluaşvili bildirib.

YUXARI