DÜNYA6.12.2024 06:00

G7 onlayn sammit keçirməyi planlaşdırır

5072

Yeddilik Qrupu (G7) ölkələrinin liderləri gələn həftə onlayn görüşməyi planlaşdırır.

"Report"un xəbərinə görə, bu barədə Yaponiyanın İctimai Televiziyası məlumat yayıb.

NHK telekanalının məlumatına görə, onlayn sammitin dekabrın 13-də keçirilməsi planlaşdırılır. Tədbirdə Yaponiyanı Baş nazir Siqeru İsiba təmsil edəcək.

Görüşdə G7 liderlərinin ABŞ-nin yeni Prezidenti Donald Trampın andiçmə mərasimi ərəfəsində birliklərini təsdiqləmək niyyətində olduqları vurğulanır. Danışıqların əsas mövzuları Ukrayna və Yaxın Şərqdəki vəziyyət olacaq. Həmçinin qeyd edilir ki, G7 liderləri Rusiya Federasiyası və KXDR-ə qarşı əlavə sanksiyaların tətbiqi imkanlarını müzakirə edə bilərlər.

YUXARI