İDMAN17.10.2024 18:30

Fərid Qayıbov: "Ümid edirik ki, gələcəkdə reqataya qatılan idmançıların sayı daha da artacaq"

2508

Ümid edirik ki, gələcəkdə reqataya qatılan idmançıların sayı daha da artacaq.

"Report"un xəbərinə görə, bunu gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə açıqlamasında "Mingəçevir reqatası-2024” beynəlxalq turniri barədə danışarkən deyib.

Nazir hazırda Füzulidə bayram ab-havası olduğunu söyləyib: "Şəhərin işğaldan azad olunduğu gündə beynəlxalq turnir təşkil edilir. Hər kəs buradadır. İştirakçılar, izləyicilər xoşbəxtdir. Bakı 2026-cı ildə dünyanın idman paytaxtı seçilib. Yerli və beynəlxalq yarışları keçirməyə davam edəcəyik".

Qeyd edək ki, reqata oktyabrın 18-də başa çatacaq.

YUXARI