Suriya Prezidenti Bəşər Əsəd müharibənin sakitləşdiyi dövrdə xalqı ilə danışmaq və qaçqınların qayıdışı məsələlərini həll etmək üçün fürsəti qaçırıb.
Crossmedia.az xəbər verir ki, AFP-yə istinadən Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Al-Tani Doha Forumunda belə deyib:
"Əsəd xalqı ilə münasibətləri bərpa etmək üçün heç bir ciddi addım atmadı, qaçqınların qayıdışı və ya barışıq barədə irəliləyiş görmədik."
Qətər, 2011-ci ildə Əsəd hökumətinin dinc etirazları zorla yatırması ilə başlayan qiyamda üsyançılara dəstək verib. Ölkə hələ də Əsədi tənqid etsə də, müharibənin sülhlə bitməsini istəyir.
Şeyx Məhəmməd bildirib ki, müxalifət qüvvələrinin son irəliləyişi dünyanı "təəccübləndirib" və vəziyyətin daha təhlükəli hala gələcəyini deyib.
O əlavə edib ki, "Əgər təcili siyasi həll yolu tapılmasa, ölkədə qalan hər şey daha çox zərər görəcək və məhv olacaq."