DÜNYA6.12.2024 15:00

Cənubi Koreya prezidentinin reytinqi rekord həddə düşüb

5109

Cənubi Koreya prezidenti Yun Sok Yöl ölkədə hərbi vəziyyət elan etmək cəhdindən sonra onun reytinqi 13%-ə qədər düşüb.

Trend xəbər verir ki, bu barədə “Yonhap” agentliyi “Gallup” sosioloji şirkətinin sorğusuna istinadən məlumat yayıb.

Prezidentin populyarlığı altı faiz bəndi azalıb ki, bu da onun 2022-ci ilin mayında vəzifəyə gəldiyindən bəri ən aşağı göstəricidir.

YUXARI