DÜNYA2.5.2024 04:00

Bu ölkə İsraillə diplomatik əlaqələri kəsdi

5098

Kolumbiya İsraillə diplomatik əlaqələri dayandırıb.

Axar.az xəbər verir ki, bu barədə Kolumbiya Prezidenti Qustavo Petro Əmək Günü münasibətilə keçirilən yürüşdə çıxışında deyib.

O, bu qərarın İsrailin Qəzzadakı əməliyyatları ilə əlaqələndirib:

“İsrail dövləti ilə diplomatik əlaqələr kəsiləcək. Fələstin məhv olarsa, bəşəriyyət məhv olar və biz onun məhv olmasına imkan verməyəcəyik”.

YUXARI