İDMAN6.7.2024 08:00

Boksçularımız “Asiya uşaqları”nı 4 medalla başa vurub

7528

Rusiyanın Yakutsk şəhərində keçirilən “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında boks yarışları başa çatıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, yeniyetmələrdən ibarət Azərbaycan millisi turniri 4 medalla başa vurub.

Yarışın son günündə komandamızın heyətində Nihad Qasımov (48 kq) gümüş medala yiyələnib. Ondan öncə isə Haqverdi Həsənov (57 kq), Nurlan Abışov (60 kq) və Valeh Eyvazlı (66 kq) 3-cü yeri tutublar.

YUXARI