Bu gün Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə “İnformasiya müharibəsi: COP29 ərəfəsində Azərbaycana qarşı informasiya hücumlarının mahiyyəti və məqsədləri” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə yerli və beynəlxalq informasiya məkanında artan təzyiqlər, feyk məlumatların təsirləri və onların qarşısını alma yolları müzakirə edilir.
Dəyirmi masanın əsas qonaqları sırasında ölkənin media kapitanları, BDU-nun professor-müəllim heyəti iştirak edir.