MƏDƏNİYYƏT4.12.2024 03:00

Bakıda “De Bur Sarayının kaminləri” layihəsinə həsr olunmuş mətbuat konfransı keçirilib

11735

Azərbaycan Milli İncəsənət Muzeyi Azərbaycan Mədəniyyət Nazirliyi ilə birgə və Bakıdakı Rus evinin “Humanitar Missiya Proqramı”nın dəstəyi ilə “De Bur Sarayının kaminləri” adlı elmi-tədqiqat layihəsini təqdim edib.

Birgə elmi-tədqiqat işinin aparılması üçün “Keramarx” Memarlıq Bədii Keramika Muzeyinin mütəxəssisləri - “Keramarx” Memarlıq Bədii Keramika Muzeyinin direktoru, “Pallada” bərpa-tikinti şirkətinin direktoru Konstantin Lixolat, Rusiyanın Əməkdar Mədəniyyət İşçisi, “Keramarx” Memarlıq Bədii Keramika Muzeyinin kuratoru Mariya Makoqonova, eləcə də “Keramarx” Memarlıq Bədii Keramika Muzeyinin elmi müşaviri, iqtisad elmləri namizədi Andrey Rodenkov Azərbaycana dəvət olunublar.

Mütəxəssislər bir sıra görüşlər keçirməyi, De Bur Sarayının (Azərbaycan Milli İncəsənət Muzeyi, AMİM) interyerinə baxış keçirməyi, AMİM fondlarını öyrənməyi, sobaların fotoşəkillərini çəkməyi, kamin elementlərini ölçməyi, onlara baxış keçirməyi və skan etməyi planlaşdırırlar. Həmçinin, Bakı şəhərinin bəzi tarixi binalarında memarlıq keramika mövzusunda fondların və sərgilərin öyrənilməsi nəzərdə tutulur. Layihənin məqsədi: muzey ziyarətçilərinə De Bur Sarayının kaminlərinin tarixi və bədii dəyəri haqqında hərtərəfli məlumat təqdim etmək, onların memarlıq və mədəni irsdəki əhəmiyyətini açmaqdır.

Azərbaycan Milli İncəsənət Muzeyində təqdimat xarakterli mətbuat konfransı keçirilib, burada mütəxəssislər “De Bur Sarayının kaminləri” layihəsinin icrası ilə bağlı plan və tapşırıqlarını təqdim ediblər. Mətbuat konfransının əvvəlində çıxış edən AMİM direktoru Şirin Məlikova tədbirə gələnləri salamlayaraq, mütəxəssisləri təqdim edib. O, layihənin, qarşıdakı tədqiqatların əhəmiyyətini vurğulayarıb və gələcək planlardan bəhs edib. Daha sonra çıxış edən Bakıdakı Rus evinin rəhbəri İrek Zinnurov qeyd edib ki, tədbir “İlhamvericilər. Xeyirxah işlər vaxtı Forumu” layihəsinin “Xeyirxahlıq missiyası” çərçivəsində həyata keçirilib. Sonra mütəxəssislər təşkilatçılara minnətdarlıqlarını bildirib, layihənin əhəmiyyətindən ətraflı danışıblar. Bundan əlavə, onlar muzeyə xatirə hədiyyələri veriblər. (azərtac)

 

YUXARI