KRİMİNAL15.10.2024 13:16

Azərbaycan Fransa vətəndaşını Lüksemburqa təhvil verdi

2789

Cinayətkarlığa qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq uğurla davam etdirilir. Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Lüksemburq Böyük Hersoqluğunun səlahiyyətli orqanları tərəfindən iqtisadi sahədə cinayətlər törətməkdə təqsirləndirilərək beynəlxalq axtarışa elan edilmiş 1987-ci il təvəllüdlü Fransa Respublikasının vətəndaşı Cedric Michelin və Rumıniyanın səlahiyyətli orqanları tərəfindən mütəşəkkil cinayətkar qrup yaradılmaqla miqrantların qanunsuz daşınmasında təqsirləndirilərək beynəlxalq axtarışa elan edilmiş 1975-ci il təvəllüdlü Türkiyə Respublikasının vətəndaşı Oğuz Atalayın verilməsinə dair həmin ölkələrin səlahiyyətli orqanlarının vəsatətləri baxılması üçün Baş Prokurorluq tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd olunan şəxslər cari il ərzində ölkəmizdə müəyyən edilərək barələrində həbs qətimkan tədbiri seçilib.

"Ekstradisiya haqqında" Avropa Konvensiyasına və ona Əlavə Protokollara əsasən adıçəkilən şəxslər haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Rumıniyanın və Lüksemburqun səlahiyyətli orqanlarına təhvil verilib.

YUXARI