GÜNDƏM17.10.2024 09:00

Azərbaycan bütün dünyanı “COP atəşkəsinə” dəvət edir

2646

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-nin “Newsweek” nəşrində dərc olunmuş məqaləsində COP29 öncəsi Azərbaycanın iqlim böhranı ilə yanaşı, regional sülhə nail olmaq istiqamətindəki səyləri və Ermənistanla ikitərəfli razılaşmaların əhəmiyyətinə diqqət çəkib.

Prezidentin köməkçisinin yeni məqaləsi, Azərbaycanın COP29 sammiti öncəsi beynəlxalq ictimaiyyətə mühüm çağırışlarla çıxışını əhatə edir.

Hikmət Hacıyev bu sammitin təkcə iqlim məsələləri ilə məhdudlaşmadığını, eyni zamanda sülh və təhlükəsizlik məsələlərinin də bu toplantıda əhəmiyyətli rol oynadığını vurğulayıb.

Ancaq o, Ermənistan Konstitusiyasında olan Qarabağ iddiasının və Qərb dövlətlərinin Ermənistanı silahlandırmasının bu sülh prosesinə mane olduğunu da qeyd edib. Məqalədə Azərbaycanın COP29 zamanı təkcə iqlim problemlərinə deyil, eyni zamanda regiondakı sabitliyin təmin olunmasına da diqqət yetirəcəyi nəql edilib.

Hikmət Hacıyev Azərbaycanın bu sammitdə qlobal iqlim razılaşmasının əldə olunmasına töhfə verməkdə qətiyyətli olduğunu bildirərək beynəlxalq ictimaiyyəti bu mühüm müzakirələr zamanı həmrəylik göstərməyə çağırıb..

Ancaq o, Ermənistan Konstitusiyasında olan Qarabağ iddiasının və Qərb dövlətlərinin Ermənistanı silahlandırmasının bu sülh prosesinə mane olduğunu da qeyd edib. Məqalədə Azərbaycanın COP29 zamanı təkcə iqlim problemlərinə deyil, eyni zamanda regiondakı sabitliyin təmin olunmasına da diqqət yetirəcəyi nəql edilib.

Hikmət Hacıyev Azərbaycanın bu sammitdə qlobal iqlim razılaşmasının əldə olunmasına töhfə verməkdə qətiyyətli olduğunu bildirərək beynəlxalq ictimaiyyəti bu mühüm müzakirələr zamanı həmrəylik göstərməyə çağırıb.

YUXARI