İDMAN6.7.2024 04:00

AVRO-2024: Fransa Portuqaliyanı mübarizədən kənarlaşdırıb

4978

Almaniyada keçirilən AVRO-2024-ün pley-off mərhələsi davam edir.

İdman.biz xəbər verir ki, bu gün 1/4 finalın daha bir oyunu keçirilib.

Mərhələnin ikinci oyunu Hamburqda baş tutub. Son iki mundialda finala yüksələn Fransa Portuqaliya ilə üz-üzə gəlib. 120 dəqiqə ərzində qapılara qol vurulmayıb. Qalib penalti seriyasında bəlli olub. Daha dəqiq olan Fransa futbolçuları yarımfinala vəsiqə qazanıblar.

Qeyd edək ki, 1/4 final mərhələsinə iyulun 6-da yekun vurulacaq.

YUXARI