DÜNYA16.4.2024 06:00

ABŞ İranla bağlı BMT TŞ-yə sənəd təqdim etdi

19046

ABŞ BMT Təhlükəsizlik Şurasına İranın İsrailə hücumları ilə bağlı sənəd təqdim edib.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud deyib.

“Biz nəsə təqdim etmişik. Görək, bundan nə çıxacaq”, - deyə diplomat bildirib.

Onun sözlərinə görə, ABŞ sənədə dəstəyi təmin etmək üçün bir yol tapa biləcəyinə əmin deyil:

“Biz baş verənlərə cavab verməliyik. Bu, Şuraya lazımdır”.

YUXARI