İQTİSADİYYAT14.3.2024 23:58

Zəngəzur dəhlizinin açılması ilə yükdaşımaların həcmı artacaq - Türkiyəli nazir

7865

Zəngəzur dəhlizinin açılması Orta Dəhliz istiqamətində yükdaşımaların həcmini ildə 25 milyon tona çatdıracaq.

Trend-in məlumatına görə, bu barədə infrastruktur və nəqliyyat naziri Abdulkadir Uraloğlu deyib.

O qeyd edib ki, Zəngəzur dəhlizi Bakı-Tbilisi-Qars dəmir yoluna alternativ olacaq. Nazirin sözlərinə görə, bu yol təkcə nəqliyyat dəhlizinə deyil, həm də türk dünyasını birləşdirən amil olacaq.

Nazir əlavə edib ki, Bakı-Tbilisi-Qars dəmir yolunda cari təmir işləri gələn ay yekunlaşacaq.

YUXARI