GÜNDƏM22.10.2024 17:46

Zakir Həsənov Qırğızıstana getdi

2021

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Qırğız Respublikasının müdafiə naziri general-leytenant Baktıbek Bekbolotovun dəvəti ilə Qırğızıstana rəsmi səfər edib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənovun bir sıra görüşlərinin keçirilməsi nəzərdə tutulub.

YUXARI