CƏMİYYƏT4.10.2024 16:45

Yeni Kaledoniyalı Siyasi Məhbuslara Dəstək Cəbhəsi Fransa koloniyasında həbsdə olan fəalları dəstəkləyənlərə təşəkkür edib

5712

Yeni Kaledoniyalı Siyasi Məhbuslara Dəstək Cəbhəsi Fransa koloniyasında həbsdə olan fəalları dəstəkləmək üçün müxtəlif həmrəylik aksiya iştirakçılarına təşəkkür bildirib. Bununla bağlı Cəbhənin yaydığı bəyanatda qeyd olunub ki, Fransa koloniyasında həbsdə olan fəalları dəstəkləmək üçün müxtəlif həmrəylik aksiyalarının davamı olaraq və 20 sentyabr 2024-cü ildə Lyon Məhkəməsində başlayan silsilə dindirmələrə cavab olaraq Fransanın müxtəlif şəhərlərində, Kataloniyada, Sakit Okean hövzəsində, eləcə də Antil adalarında həmrəylik ifadə edən qardaş və bacılara Yeni Kaledoniyalı Siyasi Məhbuslara Dəstək Cəbhəsi öz təşəkkürünü ifadə edir:

“Kollektivimiz bir neçə ay ərzində məlumatlılığın artırılması və informasiya məkanlarının təşkilinə qoyulan səylər çərçivəsində "Kanak Həmrəyliyi" kollektivi və Fransanın Kanak hərəkatı tərəfindən görülən mühüm işləri yüksək qiymətləndirir.

Xüsusilə işimizin qurulmasında mühüm dəstəyə görə Solidarita Assosiasiyasına və EH Bai-yə, eləcə də siyasi məhbus ailələrinə göstərdiyi dəstəyə görə Bakı Təşəbbüs Qrupuna təşəkkürümüzü bildiririk”.

YUXARI