MƏDƏNİYYƏT15.1.2022 21:20

Xalq artisti Azər Dadaşovun yubileyinə həsr olunmuş konsert keçirilib

419

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti, bəstəkar Azər Dadaşovun 75 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

Trend-in məlumatına görə, konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası (Bədii rəhbər və baş dirijor-Azərbaycan Respublikasının Xalq Artisti Gülbacı İmanova) və Solistlər çıxış etdi.

Bəstəkarın “Zəfər çələngi” adlı əsəri Şanlı Qələbəyə, ilk dəfə səslənən “Fortepiano və kamera orkestri üçün poema” isə Ümumilli Lider Heydər Əliyevə həsr olunmuşdur. Həmçinin konsertdə Fortepiano və orkestr üçün 2 sayli konsert”, “Şuşa simfoniyası” (ilk ifa), “Vətənim Azərbaycan” kantatası (ilk ifa) kimi əsərlər ifa olundu.

Solistlər Beynəlxalq müsabiqələr laureatları Nuranə Zeynalova (piano), Nərgiz Kəngərli(piano), Sübhan Rüstəmov (tenor) çıxış etdilər.

Konsert tamaşaçıların böyük rəğbət və sevgisiylə qarşılandı.

 

YUXARI