CƏMİYYƏT5.10.2022 12:12

Vaşinqton Bakının bu addımını alqışlayır - Sallivan

234

Vaşinqton Azərbaycan tərəfindən 17 erməni hərbçinin geri qaytarılmasını alqışlayır.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan özünün Tvitter hesabında yazıb.

“Birləşmiş Ştatlar sülh razılaşmasına nail olmaq üçün göstərilən səyləri dəstəkləməyə davam edir”, - o vurğulayıb.

Xatırladaq ki, dünən Bakı 17 erməni hərbçini İrəvana qaytarıb. Proses ABŞ-ın vasitəçiliyi ilə baş tutub.

YUXARI