CƏMİYYƏT28.4.2024 17:30

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

3460

Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev ölkəsinin yenidən qurulmasından Azərbaycanın göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Axar.az xəbər verir ki, bu barədə diplomat sosial şəbəkə hesabında yazıb.

“Bu gün Zərifə Əliyevanın doğum günündə İrpen şəhəri Azərbaycan Mədəniyyəti Gününü qeyd edir. Ukraynanın yenidən qurulmasında, xəstəxananın, məktəbin və s. bərpasında Azərbaycanın dəstəyinə görə minnətdarıq. Azərbaycan və Ukrayna arasında dostluğun möhkəmlənməsində əməyi olan hər kəsə təşəkkür edirik!”, – səfir bildirib.

YUXARI