DÜNYA24.8.2024 08:00

Türkiyəli nazir istefa verib? - Özü açıqladı

5267

Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək istefası ilə bağlı yayılan xəbərləri qəti şəkildə təkzib edib.

Axar.az xəbər verir ki, bu barədə nazir X hesabında yazıb.

“Görünür, istefa ilə bağlı rəsmi açıqlamalar yetərli olmayıb. Mən də yazım. Mən istefa verməmişəm. Sözügedən ssenarilər həqiqətə uyğun deyil. Ölkə iqtisadiyyatının idarə olunması komanda ruhunda davam etdirilir. Bir müddətdir ki, qəsdən gündəmi yalan xəbərlərlə doldurmağa cəhdlər edilir. Biz yalan hekayələrin iqtisadiyyatımıza və bazarlarımıza təsir etməsinə icazə verə bilmərik", - nazir bildirib.

Qeyd edək ki, avqustun 21-də “Yenica” qəzeti hökumətin iqtisadi blokuna rəhbərlik edən Mehmet Şimşəyin istefa ərizəsini iki həftə əvvəl təqdim etdiyi xəbərini yayıb.

YUXARI