Türkiyə Müdafiə Sənayesi "gələcəyin döyüş mühitinə” hazırlıq üçün texnoloji inkişaflara diqqət yetirir.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyə Müdafiə və hava sənayesi istehsalçılar dərnəyinin idarə heyətinin sədri Osman Okyay bildirib. O, 26-27 noyabr tarixlərində Ankara şəhərində keçiriləcək "Gələcəyin Hərbi - Future Soldier 2024" tədbiri və Türkiyənin müdafiə texnologiyaları sahəsindəki vəziyyəti ilə bağlı mühim açıqlamalar verib.
Okyay Türkiyənin sürətli prototipləmə və məhsul istehsalı qabiliyyətlərinin müdafiə sahəsində böyük üstünlük təmin edərək, müxtəlif sahələrdə inkişaf etdiyini vurğulayıb.
Həmçinin, o, Avropanın müdafiə sahəsindəki investisiyaları yavaşlatdığını və Türkiyənin 40 illik təcrübə və sürətli texnologiya inkişafı ilə bu sahədə önəmli rol oynayacağını qeyd edib.
Onun sözlərinə görə, tədbir yalnız məlumat paylaşımı xarakteri daşımayacaq, həm də, sektorlararası əməkdaşlıq və mövcud texnoloji trendlərin analizini özündə cəmləyəcək.
Qeyd edək ki, keçiriləcək tədbirdə robotexnika, süni intellekt və digər inkişafların müzakirə ediləcək, Türkiyənin müdafiə sənayesindəki uğurlarının və gələcək strategiyalarının diqqətə çatdırılacaq.