Türkiyə Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına (COP29) başda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla hökumət üzvləri, dövlət qurumları və qeyri-hökumət təşkilatları, ekspertlər və akademiklərdən ibarət yüksək səviyyəli nümayəndə heyəti ilə qatılıb.
Crossmedia.az xarici KİV-ə istinadla xəbər verir ki, Türkiyənin Ətraf mühit, şəhərsalma və iqlim dəyişmələri nazirinin müavini Fatma Varank Azərbaycanın COP29-u mükəmməl şəkildə təşkil etdiyini və mühüm danışıqların keçirilməsini asanlaşdırdığını bildirib.
O, həmçinin, Türkiyə pavilyonlarının böyük maraq gördüyünü və müxtəlif sahələrdən iştirakçıların ətraf mühit və iqlim layihələrini tanıtdığını da vurğulayıb.