CƏMİYYƏT19.1.2023 03:00

Türk Dövlətləri Təşkilatının Baş katibi Azərbaycan nümayəndə heyəti ilə görüşüb

5550

Yanvarın 18-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat, professor Eldar Quliyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Ağsaqqallar Şurasından bildiriblər ki, görüşdə Eldar Quliyev Kubanıçbek Ömüralıyevi TDT-nin Baş katibi vəzifəsinə təyin olunması münasibətilə bir daha təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Baş katib öz növbəsində bu səfərə görə minnətdarlığını ifadə edib, təşkilatın son dövrlərdəki fəaliyyəti barədə nümayəndə heyətinə məlumat verib.

Görüş zamanı tərəflər qardaş Azərbaycan və Türkiyə dövlətləri arasında əməkdaşlığın gücləndirilməsi, birgə fəaliyyətin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Sonda Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyevə xatirə hədiyyəsi təqdim edib.

Qeyd edək ki, yanvarın 17-də Azərbaycan Ağsaqqallar Şurasının üzvü, Milli Məclisin deputatı, Türk Dövlətləri Təşkilatının sabiq Baş katibi Ramil Həsənin də Kubanıçbek Ömüralıyevlə görüşü olub.

Söhbət zamanı TDT-nin Baş katibi sələfinin türk dövlətləri arasında əlaqələrin inkişafında göstərdiyi xidmətlərdən bəhs edərək, ona öz təşəkkürünü bildirib.

YUXARI