İQTİSADİYYAT20.7.2024 13:54

“Azərbaycan qlobal məkanda əhəmiyyətli aktora çevrilib” – Arzuman Abdulkərimov

32214

“Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda keçirilən dəyirmi masadakı çıxışı Azərbaycanın artıq qlobal məkanda kifayət qədər əhəmiyyətli aktora çevrilməsinin bariz nümunəsidir”.

Bu sözləri “Hilal” Sosial Araşdırmalar İctimai Birliyinin rəhbəri, siyasi xadim Arzuman Abdulkərimov Azərbaycan Prezidenti İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusundakı çıxışını 32gun.az-a şərh edərkən deyib. 

Arzuman Abdulkərimov Prezidentin Avropanın qaz təzchizatında Azərbaycanın rolunun xüsusi qabartması ölkəmizin artıq həm də iqtisadi güc kimi formalaşdığının təzahürüdür. “Prezident çıxışında qeyd etdi ki, 2027-ci ilə qədər Azərbaycanın Avropaya qaz ixracının ikiqat artırılacaq. Bu kifayət qədər mühüm məsələdir. O kontekstdə ki, Avropa artıq qaz təchizatında Azərbaycanı xüsusi olaraq dəyərləndirilməlidir. Bundan başqa, məlum olur ki, Azərbaycanın təbii qazını səkkiz ölkə alır, onlardan beşi - Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avrop İttifaqının üzvüdür. Bu, Avropa İttifaqının Azərbaycanla münasibətlərində kifayət qədər diqqətli olmasının mesajıdır. Əgər Azərbaycan İttifaq üzvlərini qazla təchiz edirsə, qurumun ölkəmizə ikili standartlarla yanaşması qarşı tərəf üçün xoş olmayan nəticələr doğura bilər”, - deyə Arzuman Abdulkərimov vurğulayıb.

YUXARI