MƏDƏNİYYƏT2021.06.07 16:15

Şuşa muzeyləri belə talan edilib - Erməni deputat özlərini ifşa etdi

12

Ermənistan parlamentinin “Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Naira Zöhrabyan ermənilərin Azərbaycan muzeylərini talan etməsinə dair məlumat paylaşıb. Azvision.az xəbər verir ki, o, Şuşa işğaldan azad olunmamışdan bir neçə gün əvvəl şəhərdən xalçaları çıxaran erməninin fotosunu paylaşaraq deyib:

"Bu sürücü Armen Xaçatryandır. O, noyabrın 1-nə keçən gecə düşmənin atəşi altında olduğu üçün avtomobilin işığını söndürüb və Şuşa xalça muzeyinin eksponantlarını Yerevan Tarix Muzeyinə, Milli Qalereyaya daşıyıb. Armen 160 xalça, xalı və kilim, 30 saxsı qab, 50 rəsm əsərini apara bilib. Həmin vaxt Şuşa-Aqavno yolu tamamilə atəşə tutulmuşdu".

Zöhrabyan bu paylaşımı ilə özü də istəmədən Ermənistanın qanunsuz əməllərini ifşa edib. Göründüyü kimi, ermənilər Şuşa muzeylərində Azərbaycana məxsus xalça və digər eksponatları oğurlayaraq, Ermənistana daşıyıblar.

Xatırladaq ki, 1992-ci ilin mayında Şuşa işğal edilən zaman şəhərin tarix-diyarşünaslıq muzeyində saxlanılan xalqımıza məxsus digər maddi-mədəniyyət nümunələrimizlə yanaşı, xalçalarımız da Ermənistana, oradan xarici ölkələrə, hərraclara daşınmışdı. Ermənilər Şuşa əhalisinin evlərindən çıxara bilmədikləri XIX əsrin ikinci yarısına – XX əsrin ortalarına aid çoxlu sayda xalça və xalça məmulatlarını baha qiymətlə satışa çıxarırdılar. Torpaqların Azərbaycan ordusu tərəfindən azad olunmasını görən düşmən özünün talançılıq missiyasından əl çəkməyib və Şuşadakı xalçaları oradan oğurlayaraq çıxarıb.

İşğaldan azad olunan ərazilərdə 303 tarix və mədəniyyət abidəsinin monitorinqi aparılıb. Təəssüf ki, onların əksəriyyəti tamamilə dağıdılıb. 461 sayda muzey, teatr, mədəniyyət evləri, kitabxanalar təftiş olunub. Bunlardan 212-si kitabxana, 199-u mədəniyyət evi olmaqla tamamilə məhv edilib. Bunlar bütün qeydə alınmış abidələr deyil. Hazırda proses davam edir.
 

YUXARI