DÜNYA18.10.2024 09:00

Sinvar öldürüldü, HƏMAS yeni liderini dərhal seçdi – Təcili

1556

Yəhya Sinvarın ötən gün öldürülməsinin ardından HƏMAS-ın xaricdəki lideri Xalid Məşəl hərəkatın rəhbəri vəzifəsinin icrasına başlayıb.

Axar.az xəbər verir ki, bu barədə Livanın LBCI kanalı məlumat yayıb.

Qeyd edilib ki, Məşəl bundan əvvəl 1996-2017-ci illərdə HƏMAS lideri olub. İsmayıl Haniyənin ölümündən sonra onun adı HƏMAS liderliyinə əsas namizədlərdən biri kimi çəkilirdi.

YUXARI