XƏBƏRLƏR28.3.2024 23:55

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

1228

Azərbaycan və Ermənistan parlamentlər səviyyəsində təmasları davam etdirəcək.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin sədri Alen Simonyan Ermənistan İctimai Televiziyasına müsahibəsində bildirib.

“Dedim ki, bu məsələni fraksiyamız və komandamızla müzakirə etməliyəm. O da bu məsələni evdə müzakirə etməyə hazır olduğunu bildirdi və biz növbəti görüş barədə razılığa gəldik”, - Simonyan Azərbaycan MM-in sədri Sahibə Qafarova ilə görüşü haqda danışarkən bildirib.

Onun sözlərinə görə, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə növbəti görüş böyük ehtimalla mayın ortalarında baş tutacaq.

Qeyd edək ki, Qafarova ilə Simonyanın ilk görüşü Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində martın 22-də olub.

YUXARI