DÜNYA24.8.2024 06:00

Ruslar Xarkovdan sıxışdırılır - Zelenski

5398

Ruslar tədricən Xarkov vilayətindən sıxışdırılır və işğalçılar bu ərazidə qalmayacaq.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna Dövlət Bayrağı Günündə xarkovluları təbrik edərkən deyib.

"Bu gün mən Xarkova təşəkkür etmək istəyirəm - bu, Xarkov günüdür. Həqiqətən qəhrəman şəhər, insanlar və həyat şəhəri. Mən baş komandan Sırski ilə, xüsusən Xarkov vilayətindəki döyüşlərlə bağlı danışdım. Biz rus ordusunu tədricən sıxışdırırıq. Ruslar Xarkovu işğal etməyəcək", - Zelenski söyləyib.

YUXARI