MƏDƏNİYYƏT22.3.2024 23:49

Röya terrorun baş verdiyi zalda iki dəqiqə sonra səhnəyə çıxacaqmış (VİDEO)

5491

Moskvada “Crocus City Hall” ticarət mərkəzində silahlı insident baş verib. Nəticədə bu dəqiqəyə qədər 40 nəfərin həlak olduğu, 130 nəfərin xəsarət aldığı bildirilir.

Trend xəbər verir ki, terror aktının törədildiyi ticarət mərkəzinin nəzdindəki “Vegas City Hall”da Xalq artisti Röya Ayxanın bu gün konserti olacaqmış.

Xalq artisti Röya Ayxan hadisədən dərhal sonra video paylaşıb. O, instaqram səhifəsində bildirib ki, teraktdan 2 dəqiqə sonra səhnəyə çıxması planlaşırılıbmış. Ona çoxsaylı zənglərin gəldiyini deyən Röya həyəcanını gizlədə bilməyib.

Baş vermiş hadisə ilə əlaqədar konsert təxirə salınıb.

Qeyd edək ki, hazırda əraziyə xüsusi təyinatlılar cəlb edilib. “Vegas Hall”da insanlar təxliyyə edilir.

  •  
YUXARI