Ləğv edilən Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanova yeni vəzifə verilib.
Qaynarinfo.az xəbər verir ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (ASCO) sədri Rauf Vəliyev onu Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) prorektoru və rektor əvəzi təyin edib.
Yaxın günlərdə müvafiq əmrlə onun rektor təyin ediləcəyi gözlənilir.
Qeyd edək ki, ADDA-nın sabiq rektoru Heydər Əsədov deputat seçildiyinə görə vəzifəsindən azad olunub.