CƏMİYYƏT14.10.2024 22:14

Qeyri-sabit hava daha iki gün davam edəcək - XƏBƏRDARLIQ

2957

Azərbaycanın rayonlarında oktyabrın 16-sı gündüzədək qeyri-sabit, yağıntılı hava şəraitinin davam edəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

YUXARI