DÜNYA19.3.2023 08:00

Qazaxıstanda parlament seçkiləri başlayıb

1908

Qazaxıstanda parlamentə və yerli nümayəndəlik orqanlarına seçkilər başlayıb.

Trend-in məlumatına görə, seçki məntəqələrində yerli vaxtla saat 7:00-da başlayan səsvermə yerli vaxtla saat 20:00-da başa çatacaq.

Saat 20:00-dan sonra səslərin hesablanması proseduruna başlanacaq. Bu il səslərin hesablanması proseduru həmişəkindən daha uzun olacaq. Bu, bülletenlərin daha çox olması ilə bağlıdır.

Bəzi ölkələrdə saat qurşağına görə səsvermə Qazaxıstandan daha tez başlayıb.

YUXARI