GÜNDƏM13.7.2024 13:30

Prezident İlham Əliyevin Pakistana səfəri münasibətləri yeni mərhələyə çıxardı

27647

Azərbaycan Prezidenti İlham Əliyevin Pakistana səfəri yerli və xarici medianın, analitiklərin diqqət mərkəzindədir. Məsələ ilə bağlı Yeni Mediaya fikirlərini bölüşən siyasi şərhçi, Hilal sosial araşdırmalar birliyinin sədri Arzuman Abdulkərimov bunları deyib:

Prezident İlham Əliyevin cari ilin 11 iyul tarixində Pakistana, İslamabada səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələyə çıxması, əlaqələrin daha da inkişafı deməkdir. Azərbaycan ilə Pakistan arasnda münasibətlər möhkəm təməllər üzərində qurulub, ciddi və perspektivli nəticələr var.
Pakistan Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan dövlətlərdən biri olub. Daim Azərbaycan Pakistandan qardaş dəstəyini, yardımını görüb. Münasibətlər artan dinamika ilə davam edərək starteji müttəfiqlik, qardaşlıq səviyyəsinə qalxıb. Azərbaycan Prezidenti İlham Əliyev iki ölkə arasındakı münasibətlərə xüsusi əhəmiyyət verir, onun daha da inkişafı üçün əlindən gələni əsirgəmir. Onun səyi nəticəsində iki qardaş xalq, dost ölkə arasında münasibətlərin tarixdən gələn inkişaf yolu yeni səviyyəyə çıxıb. İki ölkənin ali siyasi rəhbərliyi qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli münasibətlər saxlayır.
Azərbaycan və Pakistan arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir, eyni zamanda qarşılıqlı maraqlar çərçivəsində də davam edir. 
Prezident İlham Əliyevin səfəri isə bu əlaqələrə yeni dinamika gətirdi, möhtəşəm səhifə açdı. Səfər zamanı imzalanan sənədlər, verilən bəyanatlar, qəbul edilən qərarlar bunun bariz gösətricisidir.
İqtisadiyyat, mədəniyyət, elm, nəqliyyat, turizm və digər sahələrdə əməkdaşlığa dair çox əhəmiyyətli sənədlər imzalandı. Bu sənədlər iki ölkə arasında hüquqi bazasının genişlənməsinə və ayrı-ayrı sahələr üzrə əməkdaşlığın inkişafı üçün yeni imkanlar açacaq. İki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində də hər zaman səmərəli əməkdaşlıq mövcud olub. Hər iki ölkə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda daim bir-birinə dəstək göstərir və səmərəli əməkdaşlıq edir.
 

YUXARI